Üzünə kislota töküb onu kor edən sevgilisini bağışladı

Üzünə kislota töküb onu kor edən sevgilisini bağışladı Türkiyədə sevgilisi tərəfindən üzünə kislota tökülən və bir gözünü tamamilə itirən Berfin Özek hər kəsi təəccübləndirəcək addım atıb.
Ötən gün 13 il 6 ay həbs cəzası verilən Rasim Ozan Çeltik barədə şikayət ərizəsini geri götürüb. Berfin qeyd edib ki, sevgilisini sevir və onunla ailə qurmaq niyyətindədir.
Zərərçəkəni müdafiə edən vəkillərdən biri olan Nevzat Ercan proses zamanı R. Çelikin sərbəst buraxılacağını qeyd edib.
Xatırladaq ki, Rasim Ozan Çelikə ictimai qınaq, qadın hüquqlarını müdafiə edən təşkilatın səyi nəticəsində qəsdən adam yaralama maddəsi ilə 13 il 6 ay həbs cəzası verilmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər