İndoneziyada 44 yaşlı çinli qadın məscidlərdən yüksək səslə müsəlman duasına çağırışdan şikayətləndiyi üçün 18 aylıq həbsə məhkum edilib.
Buddist qadını İslamı təhqir etməkdə günahlandırıblar. O, qonşuluğundakı məscidlərdən duaya çağırış zamanı səsin azaldılmasını tələb edib. Ancaq məhkəmə qadının xahişinin müsəlmanları buddist məbədlərinə hücuma təhrik etdiyini və qarşıdurmaya səbəb olduğunu əsas gətirərək onu həbsə məhkum edib.
Çinli qadının vəkili məhkəmənin qərarından “Amnesty İnternational”a şikayət verəcəyini, bunun “söz azadlığının pozulması” olduğunu bildirib.
Tehsil-press.az