UNEC-in fakültə katiblikləri 1000-dək müraciəti cavablandırıb

UNEC-in fakültə katiblikləri 1000-dək müraciəti cavablandırıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) katibliyinin və fakültə katibliklərinin fəaliyyətinin təşkili ilə bağlı iclas keçirilib.
İclasda katibliklərin onlayn fəaliyyətinin icra vəziyyəti və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.
Qeyd olunub ki, 31 mart-10 aprel tarixlərində fakültə katibliklərinə qaynar xətt üzərindən tələbələr tərəfindən 967 müraciət daxil olub. Müraciətlər daha çox “Coursera for Campus” proqramı, cari və aralıq qiymətləndirmə, sosial təqaüdlər, buraxılış işinin müdafiəsi, məzun günü, təhsil haqqı və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər aidiyyəti üzrə baxılıb və həlli istiqamətində tədbirlər görülüb.
Xatırladaq ki, fakültə katibliyi fakültənin cari və inzibati fəaliyyətləri üzərində rəhbərliyi həyata keçirən struktur bölməsidir. Hazırda UNEC-in 6 fakültəsində fakültə katiblikləri 8500 tələbəyə xidmət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər