Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Texnologiya və dizayn fakültəsinin elmi fəaliyyətinin hesabatı dinlənilib.
Tədbirdə professor Sakit Yaqubov ali təhsil müəssisəsinin tədqiqat universitetinə çevrilməsi ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Prorektor universitetin tədqiqatçı alimləri tərəfindən xarici ölkələrdə impakt faktorlu jurnallarda dərc etdirdikləri məqalələrdən söz açaraq, Webometrics reytinq təşkilatının 2020-ci ilin yanvar ayında açıqladığı “Google akademik istinadlarına görə ən yaxşı universitetlər” reytinqində UNEC-in Azərbaycan üzrə lider olduğunu qeyd edib.
Sonra fakültə dekanı, professor Vəkil Hüseynov kafedralarda yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələri barədə hesabat verib. Hesabatda fakültənin keçirdiyi elmi tədbirlər, kafedralar tərəfindən nəşr edilmiş elmi əsərlər, impakt faktorlu jurnallarda dərc olunan məqalələr barədə məlumat verilib. Həmçinin fakültənin növbəti illərdə qarşısında duran vəzifələri və hədəfləri açıqlanıb.
Tədbirdə müvafiq kafedraların müdirləri illik elmi fəaliyyət barədə çıxış ediblər.
Tehsil-press.az