Qəbul imtahanlarında ikinci qrup üzrə müvafiq bal toplayan abituriyentlər Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) gəlib istədikləri dərsdə dinləyici kimi iştirak edə bilərlər.
Dərsləri dinləmək abituriyentlərə ixtisas seçimi zamanı düzgün qərar verməyə kömək edəcək. UNEC tələbəsi adını qazanmaq istəyən abituriyentlər ali məktəblə tanış ola, onları maraqlandıran bütün suallara cavab ala bilərlər.
Bundan başqa, abituriyentlərin universitetin rəsmi “Facebook” səhifəsində (https://www.facebook.com/uneceduaz/) yazmaq və yaxud “Qaynar xətt” xidmətinə (146-1-3) müraciət etmək imkanları da var.
Qeyd edək ki, qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olan tələbələrə universitet hesabına bir semestr müddətində əlavə təqaüd veriləcək. İmtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə isə xüsusi əlaçı təqaüdü verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilərlər.

UNEC-in Mətbuat Xidməti