“Koronavirusu 1 dəqiqədə öldürür” - Tramp

“Koronavirusu 1 dəqiqədə öldürür” - Tramp ABŞ Prezidenti Donald Tramp günəş şüalarının koronavirusu öldürdüyünü bildirib.
Tramp jurnalistlərə açıqlamasında koronavirusun günəşin düz şüaları altında qısa müddətdə məhv olduğunu açıqlayıb:
“Bədəni ultrabənövşəyi işığın və ya sadəcə çox güclü işığın təsirinə məruz qoysaq və əgər işığın dəridən keçərək bədən daxilinə təsir etməsini təmin etsək, virus bir dəqiqə içində məhv olacaq” deyən ABŞ Prezidenti bu məlumatları haradan əldə etdiyini açıqlamayıb.
Qeyd edək ki, ABŞ-da 886 709 insan koronavirusa yoluxub, 50 243 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər