Əlyazmalar İnstitutunda elmi araşdırmalar uğurla davam etdirilir

Əlyazmalar İnstitutunda elmi araşdırmalar uğurla davam etdirilir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial təcrid dövründə növbədənkənar məzuniyyət vaxtını dəyərləndirərək elmi tədqiqatlarını əvvəlki templə davam etdirirlər.
Alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr hazırlayırlar. Belə yazılardan biri Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Rəna İskəndərlinin “Şəmsəddin Saminin elmi-bədii irsi və onun əsərlərinin Bakı nüsxələri və çap kitabları” başlıqlı məqaləsidir.
Məqalədə bildirilir ki, yazıçı aktuallığı ilə seçilən bir sıra dram əsərlərinin və ilk türk romanının (“Təəşşüqi-Tələt və Fitnət”, 1875). müəllifidir. Onun “Qamusi-Fransavi”, “Qamusi-Türki”, “Qamusül-Elam”, “Qamusi-Arabi” lüğətləri nəinki türk dünyasının, Qərb mütəxəssisləri və alimlərinin də diqqətini cəlb edib. “Qamusül-Elam”da, həmçinin bir çox Azərbaycan şair və ədibləri haqqında məlumatlar yer alıb. İlk türk ensiklopediyası sayılan bu lüğət Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinin tədqiqi baxımından dəyərli mənbədir.
Qeyd edək ki, Əlyazmalar İnstitutunun fondunda Şəmsəddin Saminin bir sıra əsərlərinin əlyazmaları və çap kitabları mühafizə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər