AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Quba rayonunun qədim elm və mədəniyyət məskənlərindən biri olan Alıc kəndindən bır sıra alimlərin əsərlərinin əlyazmaları mühafizə edilir. Belə alimlərdən biri XVIII əsrdə yaşamış məşhur Məhəmməd bin İbrahim bin Hacı Çələbi əl-Alıcı əl-Qulhanidir. Onun türk və ərəb dillərində yazdığı əsərlərinin əlyazma nüsxələrindən “Təzkirat əl-ixvan” (üç nüsxə), “Təcvid”, “Müxtəsər fi əl-fiqh”, “Risalət əl-camiu əl-məcmuə”ni misal göstərmək olar. İnstitutda, həmçinin alimin oğlu İsmail bin Məhəmməd əl-Alıcının “Fəraiz İsmailiyyə”, “Müxtəsər fiqh” adlı əsərlərinin əlyazma nüsxələri qorunmaqdadır. Alim 1808-ci ildə Alıc kəndində vəfat edib, Quba şəhərində Sultan Baba Rüstəm ziyarətgahı olan qəbiristanlıqda dəfn edilib.
Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova bu günlərdə alimin yaşadığı Quba rayonunun Alıc kəndində ezamiyyətdə olub.
Burada Məhəmməd əl-Qulhaninin nəslindən olan nümayəndələrlə görüşən N.Süleymanova alim haqqında məlumat toplayıb. Sonra o, Quba şəhərində alimin və onun nəslindən olan Əhməd bin Əbdürrəhim əl-Alıcı, Tacəddin bin Rəhmətullah Əfəndi əl-Alıcı və Əbdürrəhim bin Musa əl-Alıcının əsərlərinin əlyazmalarını araşdırıb və onların siyahısını tutub.
Qeyd edək ki, Məhəmməd bin İbrahim bin Hacı Çələbi əl-Alıcı əl-Qulhani haqqında ilk və yeganə məlumatı Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində verib.
Tehsil-press.az