AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial təcrid və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir. Elmi müəssisə #evdə qal // işdən qalma rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu nəşrlərin sırasında Əlyazmalar İnstitutunun mətbu orqanları (“Əlyazmalar yanmır”, “Elmi əsərlər”, “Filologiya məsələləri” jurnalları) da var.
Karantin dövründə çapa tövsiyə edilən məqalələrdən biri də elmi müəssisənin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyevanın hazırladığı və “Əlyazmalar yanmır” jurnalına təqdim etdiyi “Quran” tərcümələrindəki fərqlər” başlıqlı məqalədir.
Məqalədə 6 Azərbaycan, 4 rus və 4 türk dilində nəşr edilmiş “Quran” tərcüməsi müqayisəli tədqiqata cəlb olunub və bəzi ayələrin tərcümələrindəki məna fərqləri göstərilib. Yazıda tərcümə zamanı meydana gələn məna fərqlərini, yəni orijinaldan digər dilə tərcümələrdəki fərqliliyin bir qismi oxuculara təqdim edilib.
Müəllif vurğulayıb ki, tərcümələrdəki fərqlər saysız-hesabsızdır, hamısını bir yazıda vermək imkan xaricindədir. Biz bu tərcümə fərqlərini göstərməklə ərəbşünas alimlərin zəhmətini kölgələmək istəmirik. Lakin bir məqamı qeyd etməyi borc bilirik ki, belə tərcümə xətaları, “Quran”ın metaforik dilini anlamadan, bəzən məcazi mənalı ifadələri hərfi tərcümədə təqdim etmə nəticəsində meydana gələn yanlışlıqlar özgə dil daşıyıcılarına, yəni qeyri-ərəblərə “Quran”ı anlamaqda çətinlik törədir, çaşqınlığa yol açır.
Tehsil-press.az