Bill Qeyts Yaponiyanın “Doğan Günəş” ordeninə layiq görüldü

Bill Qeyts Yaponiyanın “Doğan Günəş” ordeninə layiq görüldü ABŞ-ın “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts Yaponiyanın birinci dərəcəli “Doğan Günəş” ordeninə layiq görülüb.
Bu barədə Yaponiya hökumətinin qərarında deyilir.
Ümumilikdə siyahıda 57 ölkə və regiondan 117 əcnəbi, eləcə də 4 mindən çox yapon var.
Qeyd edək ki, “Doğan Günəş” ordeni 1875-ci ildə təsis edilib, onun səkkiz dərəcəsi var. Ötən əsrin ikinci yarısından etibarən ona SSRİ və Rusiyanın onlarla vətəndaşı, əsasən isə Yaponiyanın elm və incəsənət xadimləri, şərqşünasları, tədqiqatçıları layiq görülüblər.

Tehsil-press.az

Oxşar xəbərlər