Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib

Bakı Slavyan Universiteti qanvermə aksiyası keçirib Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyası keçirilir.
Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və tapşırığına əsasən, bu ali təhsil müəssisəsinin kollektivi də qanvermə aksiyasına qoşulub.
Bildirilib ki, BSU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, müəllimləri və əməkdaşları bu nəcib və xeyirxah təşəbbüsə qoşularaq aprelin 30-da Milli Hematologiya və Transfuziologiya Mərkəzində qanvermə aksiyası keçiriblər. Qanvermə aksiyasında universitetin 100-dən çox müəllimi və əməkdaşı iştirak edib.
BSU-nun rəhbərliyi, müəllimləri və əməkdaşları qanvermə aksiyasında iştirak etmələrini özlərinin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirərək hamını bu vacib aksiyada fəal iştirak etməyə çağırıblar.

Bakı Slavyan Universiteti qanvermə aksiyası keçiribBakı Slavyan Universiteti qanvermə aksiyası keçiribBakı Slavyan Universiteti qanvermə aksiyası keçiribBakı Slavyan Universiteti qanvermə aksiyası keçiribBakı Slavyan Universiteti qanvermə aksiyası keçirib

Tehsil-press.az

Oxşar xəbərlər