Bu gün 29 dərəcə isti olacaq

Bu gün 29 dərəcə isti olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 4-nə olan hava proqnozunu açıqlayıb.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16° isti, gündüz 19-24° isti, Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil ecdəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər