Ümumdünya Astma ilə Mübarizə Günü Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir.
Həmin günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən "Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası"nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Yunan dilindən tərcümədə astma - "ağır nəfəs" deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun "Daxili iztirablar haqqında" əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib. Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və idman da xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur.
Bu gün astma dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin əsasən allergenlərin təsiri nəticəsində yaranan və tənəffüs yollarının xroniki iltihabi xəstəliyinə - çətin nəfəsalmaya və ya hətta təngnəfəsliyə, öskürəyə, sinədə xırıltıların yaranmasına səbəb olan bronxial astma nəzərdə tutulur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər. Bəzən astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur.
Diqqətin bu problemə yönəldilməsi təsadüfi deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir. Hazırda dünyada 300 milyon nəfər həmin xəstəlikdən əziyyət çəkir və hər onillikdə onun sayı bir yarım dəfə artır. Astma hər yaşda yarana bilər. Lakin kiçik yaşlı uşaqlar ona daha çox meyilli olurlar, astma xəstələrin təxminən yarı hissəsində 10 yaşa qədər inkişaf edir. 2 yaşa qədər uşaqlara isə astma diaqnozu qoymaq çətindir, çünki o çox vaxt başqa xəstəliklər altında gizlənir.
Tehsil-press.az