Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyası 1988-ci ildə 31 may tarixini Ümumdünya Tütünlə Mübarizə Günü elan edib. O vaxtdan dünyanın müxtəlif ölkələrində insanları tütün məhsullarından istifadədən çəkindirmək məqsədi ilə bu tarixi gün hər il qeyd olunur.
Müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da bununla bağlı tədbirlər keçirilir. Azərbaycan 2005-ci ildə Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına ratifikasiya edib.
Tütünlə mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası dünyada tütünə qarşı mübarizədə ən mühüm hüquqi sənəddir. ÜST-ün himayəsi altında razılaşdırılmış birinci saziş olmaqla, bu sənəd həm də ictimai səhiyyənin inkişafı sahəsində əldə edilmiş əhəmiyyətli nailiyyətdir. 2005-ci ildən etibarən qüvvəyə minməklə, artıq Birləşmiş Millətlər Təşkilatının tarixində ən sürətlə və geniş yayılan və 170-dən artıq üzv dövlətin qoşulduğu sazişlərdən biridir.
Qlobal tütün epidemiyası nəticəsində baş verən illik ölüm sayı 2030-cu ilə qədər 8 milyon nəfərə çata bilər. 20-ci əsr ərzində 100 milyon nəfərin həyatına son qoyan tütünçəkmə 21-ci əsrdə 1 milyard insanın ölümünə səbəb ola bilər.
Tehsil-press.az