Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Roger Herman ilə görüşüb.
Qulu Novruzov Akademiya haqda məlumat verərək, Prezident İlham Əliyevin sərəncamı ilə 24 yanvar 2012-ci ildə yaradılan ali təhsil ocağının 2014/2015-ci tədris ilində ilk dəfə tədrisə başladığını və 2018-ci ildə ilk məzunları olduğunu bildirib. O, növbəti tədris ilində gömrük fəaliyyəti ilə bağlı olan digər müvafiq ixtisaslar üzrə də qəbulun həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini deyən Akademiya rəisi son dövrlərdə DGKA-nın bu istiqamətdə fəaliyyətini genişləndirdiyini, beynəlxalq qurumlarla, gömrük sahəsi üzrə ixtisaslaşmış universitetlərlə əlaqələrin yaradılmasının prioritet olduğunu nəzərə çatdırıb. Bu baxımdan ÜGT-nin Avropa Regional Ofisi ilə ikitərəfli səmərəli əməkdaşlıqda maraqlı olduğunu deyib. Qulu Novruzov bu əməkdaşlığı Akademiya tələbələrinin xaricdə gömrük işi üzrə təcrübə proqramlarına cəlb olunması, beynəlxalq təcrübə əldə etməsi üçün məqsədəmüvafiq hesab etdiyini diqqətə çatdırıb. Akademiya rəisi bakalavr təhsili ilə yanaşı, Akademiyada əlavə təhsil, ixtisasartırma, eyni zamanda gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün xidmətə hazırlıq təlimlərinin keçirildiyini də qeyd edib.
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktoru Roger Herman DGKA ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, müxtəlif təqaüd proqramlarında tələbələrin iştirak imkanlarından söz açıb. Tələbələrin gömrük sahəsi üzrə xarici universitetlərin təcrübə proqramlarından yararlana biləcəklərini vurğulayıb. O, gömrükçülər üçün Akademiya tərəfindən keçirilən təlimlərin maraqlı yanaşma olduğuna diqqət çəkib. Roger Herman Ofisin Akademiyaya texniki və metodoloji istiqamətdə dəstək verməyə hazır olduğunu və əməkdaşlığın mümkünlüyünü dilə gətirib.
Görüşdə ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb, Avropa ölkələrindən ekspertlərin dəvət olunaraq seminar və konfransların təşkil olunması, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.
DGKA-nın Mətbuat Xidməti