Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını davam etdirirlər

Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını davam etdirirlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial təcrid dövründə elmi tədqiqatlarını evdə qalaraq davam etdirirlər. Alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr də hazırlayırlar.
Belə yazılardan biri Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Sevinc Bayramovanın “Əhməd bin Həsən Çarpərdinin “Şərh əş-Şafiyə” əsərinin ən qədim nüsxəsinin tekstoloji tədqiqi” məqaləsidir.
Məqalədə qeyd olunur ki, Azərbaycan alimlərindən Əhməd bin Həsən Çarpərdinin (1265-1346) “Şərh əş-Şafiyə” əsəri ərəb dilinin qeyri-ərəblər, xüsusən, türkdilli, o cümlədən azərbaycanlı şagird və tələbələr tərəfindən öynənilməsini asanlaşdırıb. Dünyanın müxtəlif ölkələrində əsərin onlarca əlyazma nüsxəsi mövcuddur. Əlyazmalar İnstitutunda isə əsərin 18 əlyazma nüsxəsi mühafizə olunur. Bunlar arasında ən qədim nüsxə 237 vərəqdən ibarətdir.
Məqalədə həmin nüsxə tekstoloji təhlil edilib, digərləri ilə müqayisələr aparılıb və alınan nəticələrin geniş şəkildə izahı verilib.
Qeyd edək ki, tədqiqata cəlb olunan mənbə qədimliyi ilə yanaşı, digər nüsxələrlə müqayisədə daha az təhrif olunması baxımından da seçilir.

Tehsil-press.az

Oxşar xəbərlər