AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə növbədənkənar məzuniyyət vaxtını dəyərləndirərək elmi tədqiqatlarını əvvəlki templə davam etdirirlər.
Alimlər tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr də hazırlayırlar. Belə yazılardan biri Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Sevinc Rəhnullanın hazırladığı “Rzaəddin bin Fəxrəddinin “Məşhur xatunlar” kitabında hökmdar qadınlar” başlıqlı məqaləsidir.
Məqalədə qeyd olunur ki, Rzaəddin bin Fəxrəddin İdil-Ural müsəlmanlarının oyanış dövrünün böyük alimlərindən biri olub, bu bölgənin milli mətbuatının inkişafında və türk xalqlarının tarixinin öyrənilməsində xüsusi xidmətlər göstərib. Maarifpərvər ziyalı saysız əsərləri ilə Rusiya müsəlmanlarının həyatında dərin izlər buraxıb, tarixçi, pedaqoq və jurnalist kimi tanınıb. O, 1922-ci ildən ömrünün sonuna kimi müfti vəzifəsində çalışıb.
Müəllifin müxtəlif əsərləri 1897-ci ildən başlayaraq nəşr olunub. O, 50-dən çox din, əxlaq, tədris, bioqrafik, tarixi əsərlərin müəllifidir. Rzaəddin bin Fəxrəddinin qələmə aldığı dəyərli əsərlərdən biri də “Məhşur xatunlar” adlı bioqrafik məcmuədir. 1904-cü ildə çapdan çıxan tarixi materiallarla zəngin olan bu kitabda Yaxın Şərqin tarixində, mədəniyyətində müəyyən rol oynamış hökmdar, şair, pedaqoq, ədib, mühəddis (hədis rəvayət edən), fəqihələr (qadın fiqh alimləri), mühərrir, səyyah, bahadır və sair ünvanlarla məşhur olan xanımlar haqqında çox maraqlı məlumatlar əksini tapıb. Müəllif kitabın əvvəlində qeyd edir ki, onu qızı Zeynəb üçün yazıbdır. Kitab ərəb əlifbası ilə Kazan tatarları türkcəsində qələmə alınıb.
Qeyd edək ki, məqalənin “AMEA-nın Xəbərləri” jurnalının tarix, fəlsəfə və hüquq seriyasının növbəti nömrəsinə təqdim olunması nəzərdə tutulub.
Tehsil-press.az