AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçiləri Yeganə Rəhnulla və Sevinc Bayramova Çexiyanın paytaxtı Praqada distant keçirilən “Avrasiya xalqları: tarix, mədəniyyət və qarşılıqlı problemlər” (“Peoples of eurasia: history, culture and interaction problems”) mövzusunda X Beynəlxalq elmi-praktik konfransa qatılıblar.
Onlayn təşkil olunan konfransda Sevinc Bayramovanın “Orta əsr Azərbaycan alimi Çarpərdinin müəllim və tələbələri”, Yeganə Rəhnullanın isə “Şərh əsməullah əl-husna” əsərinin əlyazma nüsxəsi” mövzusunda məruzələri bölmə iclaslarının səhifələrində nümayiş olunub.
Qeyd edək ki, xüsusi iştirakçı diplomu ilə təltif edilən institut əməkdaşlarının məruzələrinin tam mətni “Sociosfera – CZ” Elmi Nəşriyyat Mərkəzinin nəşrə hazırladığı konfrans materiallarının ümumi toplusuna daxil edilib.
Tehsil-press.az