“Yasamalda bir nəfər çoxlu insanı yoluxdurmuşdu”

“Yasamalda bir nəfər çoxlu insanı yoluxdurmuşdu” “Koronavirusa qarşı bütün tədbirlər ölkə başçısı İlham Əliyevin tapşırığı və nəzarəti altında həyata keçirilib”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
O deyib ki, son zamanlar Gəncə - Qazax zonasında yoluxmaların sayı artıb: “Bunun da səbəbi həmin zonada vətəndaşların karantin rejiminə əməl etməməsidir. Həmçinin, bir nəfər bütün ailə üzvlərini yoluxdurmaqla statistikanın artmasına səbəb olur. Həkimlər arasında da belə yoluxma ocaqları var. Rusiyadan gətirilən Azərbaycan vətəndaşlarının bir çoxunda yoluxma halı qeydə alınıb. Cənub zonasında da - Lənkəran, Cəlilabadda İranla gediş-gəlişə görə yoluxma yüksək idi. Dünən Salyanda da ocaq aşkarlanıb. Bakının Yasamal rayonunda da bir nəfər çoxlu insanı yoluxdurmuşdu. Bizim gördüyümüz tədbirlər nəticəsində onların çoxu sağalıb”.
Zaur Əliyev əlavə edib ki, hazırkı situasiyaya görə Azərbaycanda koronavirusa yoluxanların 54 faizi qadınlardır.

Tehsil-press.az

Oxşar xəbərlər