Bakı və rayonlar üzrə yoluxmanın son statistikası açıqlandı

Bakı və rayonlar üzrə yoluxmanın son statistikası açıqlandı Azərbaycanda “COVİD-19” infeksiyasına yoluxma hallarına görə, ən yüksək faiz Bakının payına düşür.
Bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev verib.
Bildirilib ki, virusa yoluxanların 45,3%-i Bakıda, 14,1%-i Gəncə-Qazaxda, 10%-i Lənkəranda, 9,5%-i Aranda, 5,6%-i Abşeronda, 2%-i Quba-Xaçmazda, 1,2%-i Şəki-Zaqatalada, 1,2%-i Dağlıq Şirvanda və son olaraq 0,9%-i Yuxarı Qarabağda müşahidə olunub.
Bundan başqa, yoluxma hallarının 10,1%-i ölkə xaricindən gələn vətəndaşlarda aşkarlanıb.
Zaur Əliyevin sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların 10 faizi xarici ölkədən təxliyyə edilən vətəndaşlardır.

Tehsil-press.az

Oxşar xəbərlər