Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümünə həsr olunan “Vətənin müdafiəsi və azadlığı naminə xalqların və dini icmaların birliyi” mövzusunda elmi və maarifləndirici beynəlxalq onlayn konfrans keçirib. Onlayn konfransda dünyanın on ölkəsindən və Rusiya Federasiyasının 55 vilayətindən təmsilçi, həmçinin 500-dən çox izləyici iştirak edib.
Telekonfransda institutun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov məruzə ilə çıxış edib.
Əhməd Niyazov məruzəsində Azərbaycan xalqının faşizm üzərindəki tarixi Qələbədə mühüm rol oynadığını diqqətə çatdırıb. O qeyd edib ki, keçmiş SSRİ-nin İkinci Dünya müharibəsində Qələbəsində əvəzsiz xidmətləri olan Azərbaycan xalqı 700 min övladını cəbhəyə göndərib və onlardan 300 mini cəbhədə həlak olub. Müharibə zamanı göstərdiyi şücaətə görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli və rəşadətli hərbi yol keçib və yüzlərlə soydaşımız Avropanın müxtəlif bölgələrində partizan dəstələrinin tərkibində vuruşub. Qürur hissi ilə qeyd edək ki, Azərbaycan nefti də öz növbəsində bu qələbədə həlledici rol oynayıb.
Ə.Niyazov Sovet İttifaqının tərkibində yaşayan 20 milyon müsəlmanın da sözügedən müharibədə qəhrəmanlıqla vuruşduğunu vurğulayıb. Bildirib ki, başda Azərbaycan xalqı olmaqla, Sovet İttifaqının tərkibində yaşamış müsəlman xalqları faşizmin işğal siyasətindən qorunmaq üçün əzmkarlıqla mübarizə aparıb.
Kafedra müdiri çıxışının sonunda Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Dünya siyasətinin regional problemləri kafedrasının müdiri professor Vitali Naumkinə konfransdakı çıxışına görə təşəkkür edib.
Məlumat üçün bildirək ki, professor Naumkin konfransdakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin faşizm üzərində Qələbə Günü münasibətilə dostluq mesajından bəhs edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya televiziyasında çıxışına böyük maraqla qulaq asdıq. Hesab edirəm ki, bu çıxış bizim ümumi qələbəmizə qardaş dövlətin başçısının çıxışı kimi nümunə olmalıdır. Mənim dostlarımın çoxu bu çıxışa göz yaşları ilə qulaq asıb. Bu çıxış qələbəyə münasibətin ən parlaq nümunəsidir”.
Tehsil-press.az