UNEC-də yay semestrinə qeydiyyat başlanıb

UNEC-də yay semestrinə qeydiyyat başlanıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-cu tədris ilinin yay semestrinə qeydiyyat başlanıb.
Yay semestri ölkədə tətbiq edilən xüsusi karantin rejimindən asılı olaraq distant keçirilə bilər.
Semestrin təşkili ilə bağlı “Facebook”da “UNEC Yay məktəbi 2020” səhifəsi yaradılıb. Tələbələr həmin səhifəyə suallarla müraciət edə bilərlər.
Qeyd edək ki, yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilən seçmə fənlərin kreditlərinin qazanılması və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə təşkil olunur.

Tehsil-press.az

Oxşar xəbərlər