UNEC-də distant dərslərin 98 faizi evlərdən təşkil edilib

UNEC-də distant dərslərin 98 faizi evlərdən təşkil edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprelin 10-da distant dərslərin evdən təşkili geniş müzakirə edilib.
Rektor Ədalət Muradovun, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən iclasda distant dərslərin evlərdən təşkilinin ilk həftəsinin yekunları və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.
Bildirilib ki, dərslərin təşkili ilə bağlı proqram təminatı və müəllimlər üçün onlayn təlimlər uğurla tamamlanıb. UNEC-də cədvəl üzrə nəzərdə tutulmuş distant dərslərin 98 faizi evlərdən təşkil edilib. Daha çox tələbənin dərslərdə iştirakını təmin etmək məqsədilə tələbə təşkilatlarının və mentorların, qrup nümayəndələrinin fəaliyyətində mobilliyin təmin olunması tövsiyə olunub. UNEC-in Zaqatala filialında da dərslərin evdən distant tədrisinin uğurla aparıldığı diqqətə çatdırılıb.
Müzakirələrdə imtahanların təşkili məsələsinə də toxunulub. Bu istiqamətdə dünyanın aparıcı universitetlərinin təcrübəsinin tətbiqi istiqamətində təkliflər səsləndirilib. Yuxarı kurs qiyabiçi tələbələrin akademik borclarının ləğv edilməsi məqsədilə imtahanların ilk dəfə distant təşkilinə hazırlıq işlərinin tamamlandığı bildirilib.

Tehsil-press.az




Oxşar xəbərlər