Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov xaricdə təhsil alan azərbaycanlı tələbələrə müraciət edib.
Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbə koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıdıb və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Rektor həmin tələbələrin dərslərində geri qalmamaları üçün onlara UNEC-də distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edib. Müraciətdə dərslərin həmin tələbələrə ödənişsiz təqdim ediləcəyini bildirilib. Qeyd edilib ki, tələbələr seçimlərinə uyğun olaraq, dərsləri Azərbaycan, türk, ingilis və ya rus dillərində dinləyə bilərlər. Yekunda isə tələbələrin istəyinə uyğun olaraq, dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər.
UNEC-də distant dərslərə qoşulmaq üçün http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır.
Tehsil-press.az