Rusiyada 6 aylıq körpə koronavirusdan öldü

Rusiyada 6 aylıq körpə koronavirusdan öldü Rusiyanın Saratov vilayətində 6 aylıq uşaq koronavirusdan dünyasını dəyişib.
Bu barədə Rusiya Səhiyyə nazirinin müşaviri Aleksandr Kolokolov bildirib.
Pnevmoniya xəstəsi olan körpə mayın 18-də Novouzensk şəhərində vəfat edib. Onun koronavirus testinin nəticəsi də müsbət çıxıb.
Kolokolovun sözlərinə görə, oğlan sosial risk kateqoriyasından olan natamam ailədə dünyaya gəlib. Ana anadangəlmə mərkəzi sinir sistemi pozğunluğu olan uşağa görə tibbi yardıma müraciət etməyib və o, ağırlaşmış formada xəstəxanaya çatdırılıb.
Uşaq süni tənəffüs aparatına qoşulsa da, vəziyyəti mənfi dinamika üzrə irəliləyib.
Vilayətin qubernator müavini Aleksandr Strelyuxin işin araşdırılmasını tələb edib.

Tehsil-press.az

Oxşar xəbərlər