Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir

Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir Müsabiqənin qalibi mükafatlandırılacaq.
Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il
Hazırlanan loqo eskizləri [email protected] e-mail ünvanına "Loqo Müsabiqə" başlığı ilə göndərilməlidir.
Müsabiqə şərtləri:
- Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;
- Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;
- Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;
- Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;
- Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;
- Təqdim olunan eskizlər yeni olmalıdır;
- Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;
- Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;
- Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Tehsil-press.az



Oxşar xəbərlər