AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin müdiri, professor Həmidulla Aslanovun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti işıq üzü görüb.
Bu barədə Tehsil-press.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, "Azərbaycan” nəşriyyatında çap olunan dərs vəsaitinin elmi redaktoru professor Məmməd Bayramoğludur.
Funksiyalar nəzəriyyəsi və funksional analiz fənninə həsr olunmuş kitab müəllifin 40 ildən artıq müddətdə respublikanın müxtəlif universitetlərində, xüsusən son illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində oxuduğu mühazirələr əsasında tərtib edilib. 25 fəsildən ibarət olan dərs vəsaitində nəzəri hissənin mənimsənilməsinə kömək məqsədilə hər bölməyə aid misal və məsələlərin həll nümunələri, hər fəslin sonunda isə sərbəst işləmək üçün tapşırıqlar verilib.
Dərslik universitetlərdə riyaziyyat ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, müəllimlər, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları üçün nəzərdə tutulub.
Tehsil-press.az