Sentyabrın 20-də görkəmli riyaziyyatçı alim, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi, Əməkdar Elm Xadimi, akademik Əşrəf Hüseynovun anadan olmasının 110 ili tamam olur.
Akademik Əşrəf İsgəndər oğlu Hüseynov 1907-ci ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra 1931-1933-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olub, 1932-ci ildə məşhur sovet riyaziyyatçısı Andrey Tixonovun rəhbərliyi ilə “Potensial nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə edib. O, Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktorlarından biri olub.
Bacarıqlı alim, istedadlı riyaziyyatçı, yüksək insani keyfiyyətlərə malik humanist və qayğıkeş müəllim, elm və təhsil təşkilatçısı Əşrəf Hüseynov 1939-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin funksiyalar nəzəriyyəsi və cəbr, funksiyalar nəzəriyyəsi və funksional analiz kafedralarının professoru, müdiri, mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.
1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1965-ci ildə akademik Əşrəf Hüseynov Azərbaycan EA Kibernetika İnstitutunun ilk direktoru təyin edilib. 1970-1980-ci illərdə akademiyanın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik katibi seçilən alim işlədiyi bütün vəzifələrdə ölkəmizdə elmin inkişafı naminə yorulmadan çalışıb.
Azərbaycan sinqulyar inteqrallar və sinqulyar inteqral tənliklər məktəbinin banisi Əşrəf Hüseynovun ən böyük kəşfi dünya ədəbiyyatında “Hüseynov fəzaları” adlanan Banax tipli fəzaların qurulmasıdır. Akademikin rəhbərliyi ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə olunub, Azərbaycanın görkəmli riyaziyyatçıları Qoşqar Əhmədov, Yəhya Məmmədov, Xalid Muxtarov, Arif Babayev onun rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə ediblər.
Xalqımıza hörmət qazandıran, onun şərəfini yüksəklərə qaldıran ziyalılarımızdan olan Əşrəf Hüseynov alim kimi təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınırdı. O, indiki MDB ölkələrinin ali təhsil ocaqlarında, Albaniyanın Tirana Universitetində mühazirələr oxuyub.
Yüksək elmi potensialı hamı tərəfindən etiraf edilən bacarıqlı və işgüzar alimin apardığı elmi-tədqiqat işlərinin nəticələri çox sayda monoqrafiya, kitab və dərsliklərdə, yüzlərlə məqalədə əksini tapıb. Azərbaycan dilində “İnteqral tənliklər” və “Çoxluqlar nəzəriyyəsi” dərsliyinin ilk müəllifi akademik Əşrəf Hüseynov olub.
Akademik Azərbaycan elmini bir çox dünya və ümumittifaq səviyyəli qurultay və konqreslərdə təmsil edib, xeyli sayda konfrans və simpoziumların təşkilatçılarından olub, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin üzvü kimi riyaziyyat və kibernetika elmlərinin təbliğində görkəmli rol oynayıb. O, 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olub.
Elmi-pedaqoji fəaliyyətinə və elmi xidmətlərinə görə bir çox mükafatlarla təltif olunan Əşrəf Hüseynov 1960-cı ildə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
Dünya şöhrətli alim, fədakar müəllim, riyaziyyat elmimizin ağsaqqalı, akademik Əşrəf Hüseynov 1980-ci il avqustun 26-da dünyasını dəyişib.
Kəmalə Rəhimli