Azərbaycanlı idman jurnalisti Anar Cəfərsoy koronavirusa qalib gəlib.
Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb. A.Cəfərsoy sağalması üçün göstərdikləri dəstəyə görə Tibb Universitetinin Tədris Terapevtik Klinikasının tibb işçiləri heyətinə təşəkkür edib.
O bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir:
“Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə etməyə davam edirəm”.
Qeyd edək ki, jurnalistin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də koronavirusdan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.
Xatırladaq ki, Anar Cəfərsoy mayın 22-də koronavirusa yoluxduğunu bildirmişdi.
Tehsil-press.az