“Sağalan xəstədən alınan plazma azı 3 pasiyentə faydalı ola bilər”

“Sağalan xəstədən alınan plazma azı 3 pasiyentə faydalı ola bilər” Azərbaycanda koronavirusa qalib gəlmiş şəxslər digər pasiyentlərin sağalması üçün artıq plazma verməyə başlayıblar.
Ölümlə yaşam arasında mübarizə aparıb sağlamlıqlarına qovuşmuş həmin şəxslərlə bağlı “Xəzər” televiziyası reportaj hazırlayıb. Paytaxtdakı xəstəxanaların birində çalışan və qulluq etdiyi pasiyentlərin birindən virusa yoluxan İsmayıl Əliyev də qan verərək xəstə insanların sağalmasına kömək olmağa çalışıb.
O, digər sağalan şəxsləri bu addımı atmağa çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər