Dünyada koronavirusun ən çox yayıldığı ölkələrdən biri də Cənubi Koreyadır.
Burada indiyədək 4200 yoluxma, 26 ölüm faktı qeydə alınıb. Ölkədə virusa yoluxan ən gənc xəstə 45 günlük körpədir.
Cənubi Koreyada koronavirusa yoluxma faktının 60%-i Daegu şəhərindəki Shincheonji dini təriqəti ilə bağlıdır. Belə ki, hazırda 2500 nəfərin yoluxduğu şəhərdə xristianlığa bağlı olan bu təriqətin 61 yaşlı kilsə işçisi ilk dəfə Covid-19-a tutulmuş və bununla da ölkədə xəstəlik yayılmışdı. Seul hökuməti bu səbəbdən təriqəti cinayətkarlıqda ittiham edir.
Shincheonji təriqətinin lideri Li Man-hi bu gün mətbuat konfransı keçirərək diz çöküb və bütün ölkədən göz yaşları içərisində üzr istəyib. Li Man-hi bütün vətəndaşlardan və hökumət rəsmilərindən bağışlanmasını istəyib.
Qeyd edək ki, Shincheonji təriqəti hökumətlə birgə virusa qarşı mübarizə aparmağı rədd etmiş, bəzi məlumatları isə dövlətdən gizlətmişdi.
Tehsil-press.az