Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamı görmə imkanları məhdud uşaqların sosial reabilitasiya imkanlarının da genişləndirilməsinə şərait yaradıb. Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə həmin kateqoriyadan olan uşaqlar üçün də 2 sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulub.
Bu mərkəzlər görmə imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına şərait yaradılması yönündə müxtəlif formalarda işlər aparacaq. Belə uşaqların mövcud potensiallarını, bacarıqlarını inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması, onlar üçün nəzərdə tutulan inklüziv təhsillərinin dəstəklənməsi və s. üçün sınanmış reabilitasiya metodlarından istifadə ediləcək.
Hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi də fəaliyyət göstərir. Mərkəz həmin şəxslərin reabilitasiyası və abilitasiyası məqsədinə xidmət edir. Həmçinin nazirliyin sifarişləri üzrə icra olunan layihələr çərçivəsində görmə imkanları məhdud şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı işləri aparılır. Belə layihələrdən biri kimi, bu günlərdə görmə imkanları məhdud uşaqlara müxtəlif əsərləri kompyuter və telefon vasitəsilə dinləməyə imkan yaradan “Danışan kitab” saytı və saytın mobil tətbiqi istifadəyə verilib.
Tehsil-press.az