Radiasiya Problemləri İnstitutunda magistr işlərinin onlayn müzakirəsi aparılıb

Radiasiya Problemləri İnstitutunda magistr işlərinin onlayn müzakirəsi aparılıb AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) magistr işlərinin onlayn formatda ilkin müzakirəsi keçirilib. Müzakirələrdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, Təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, eləcə də qurumun laboratoriya rəhbərləri, magistrantları və elmi rəhbərlər iştirak ediblər.
RPİ-nin magistrantları Aynur Hüseynova, Əfsanə Ağayeva və Arzu Babayeva magistr işləri haqqında təqdimatla çıxış edib, sualları cavablandırıblar.
Oqtay Səmədov magistrantlara elmi fəaliyyətləri ilə bağlı tövsiyələr verib, həmçinin təhsillərinin davamını doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər