Azərbaycanda koronavirusa görə 155 nəfər reanimasiyadadır - Statistika

Azərbaycanda koronavirusa görə 155 nəfər reanimasiyadadır - Statistika Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 7-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 013 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 339 min 876 test aparılıb. İndiyədək 88 nəfər COVID-19-dan dünyasını dəyişib, 4 149 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3 316 nəfərdir. 155 nəfər reanimasiyadadır, 20 nəfər süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, bu gün Azərbaycanda 314 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 152 pasiyent sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər