İyunun 15-i müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Xalqımız hər il 15 iyun tarixini əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirir.
İyunun 14-də Azərbaycan Tibb Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli iştirakçıları bayram münasibətilə təbrik edərək deyib: “15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən xalqımızın təkidi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub”.
Rektor bildirib ki, ötən illərdə Ümummilli Liderin xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Bu illərdə ulu öndər Heydər Əliyevin gərgin zəhməti və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir: “15 iyun - ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ümummilli Liderimizin Azərbaycan xalqı üçün etdiklərini gənclərimizə çatdıraq”.
Tədbirdə çıxış edən ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev, Universitetin I mama-ginekologiya kafedrasının müdiri, professor Elmirə Əliyeva və başqaları çıxış edərək 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü vurğulanıb.
Qeyd edilib ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişafı bunun bariz nümunəsidir.
Hüseyn Şərifov