Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən qurumun nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri üçün Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük qayıdışının qeyd olunduğu Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib.
Səfir Elmira Axundova Ulu Öndəri şəxsən tanımaq və onunla çalışmaq şansı olan bir şəxs kimi Ümummilli Liderin fenomenal keyfiyyətləri haqqında danışıb və Heydər Əliyevlə çalışdığı dövrə aid xatirələrini bölüşüb. O, həmçinin Ümummilli Liderimizin həyat və fəaliyyəti haqqında müəllifi olduğu kitablarından bəhs edib, Azərbaycan gənclərinin Heydər Əliyev kimi dahi şəxsiyyətin zəngin irsini daha dərindən bilmələrinin vacibliyini vurğulayıb.
Görüşdə 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması və xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlətçiliyini yox olmaq təhlükəsindən xilas etdiyi qeyd olunub, Ulu Öndərin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması diqqətə çatdırılıb.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi həm yüksək intellekti, həm də vətənpərvərliyi, xalqına, vətəninə bağlılığı, Azərbaycan sevgisi bütün gənclər üçün örnəkdir.
Görüşün sonunda səfir Elmira Axundova Diplomatiya könüllülərinin çoxsaylı suallarını cavablandırıb.
Tədbir Diplomatiya könüllüləri üçün Milli Qurtuluş Gününün əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, Heydər Əliyevin zəngin irsi haqqında onların daha ətraflı və geniş məlumata yiyələnməsinə səbəb olub.
Tehsil-press.az