Yoluxan xəstələrdən 157-si reanimasiyadadır

Yoluxan xəstələrdən 157-si reanimasiyadadır Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 18-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata əsasən bu gün ölkədə 4998 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 157 nəfər reanimasiyada, 30 nəfər isə süni tənəffüs cihazındadır.
Qeyd olunub ki, bu gün 6100 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 403 499 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxub, 117 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Ölkədə indiyədək 11 329 nəfər koronavirusa yoluxub, onlardan 6192-si sağalıb, 139-u vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər