Karantin dövründə Aşqarlar Kimyası İnstitutu alimlərinin 8 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub

Karantin dövründə Aşqarlar Kimyası İnstitutu alimlərinin 8 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub AMEA-nın Aşqarlar Kimyası İnstitutu əməkdaşlarının 2020-ci ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş olub.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Alimlərimiz bu səbəbdən evdə qalmalı olsalar da öz fəaliyyətlərini davam etdiriblər. Bu müddətdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 16 məqaləsi - 5-i respublika və 11-i xarici jurnalda dərc olunub. Dərc olunan məqalələrdən 8-i impakt faktorlu jurnallarda yer alıb. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 124 dəfə istinad ediblər”.
M.Musayeva qeyd edib ki, hesabat dövründə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 5 ixtiraya dair iddia sifarişi göndərilib. İnstitut əməkdaşları xarici və respublika konfranslarına ümumilikdə 40 tezis təqdim ediblər. Bu ilin birinci yarısında 93 məqalə tərtib olunaraq, “Vikipediya”da yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər