Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi təşkil edilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi təşkil edilib AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində martın 27-də Mərkəzi Elmi Kitabxanada institut əməkdaşlarının elmi əsərlərindən ibarət sərgi təşkil edib.
Sərginın açılış mərasimində çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov institutun alimlərinin əməyini yüksək qiymətləndirib. Qeyd edib ki, onların əsərlərinin impakt faktorlu jurnallarda çap olunması elmin inkişafının bariz nümunəsidir.
Sərgidə dünya şöhrətli alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin və bu sahələr üzrə böyük elmi məktəbin qurucusu, akademik Cəlal Əliyevin zəngin elmi irsini əks etdirən əsərləri, həmçinin alimin tələbələrinin “Journal of Photochemistry and Photobiology”, “Nucleic Acids Research”, “Plant Science”, “Photosysnthesis Research”, “Bioinformatics”, “Planta”, “Genome”, “Plant Disease” və s. yüksək impakt faktora malik nüfuzlu xarici jurnallarda dərc olunmuş məqalələri, kitabları, monoqrafiyaları nümayiş etdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər