BDU-nun tələbələri üçün yeni növ rabitələr haqqında onlayn mühazirə keçiriləcək

BDU-nun tələbələri üçün yeni növ rabitələr haqqında onlayn mühazirə keçiriləcək Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya elmləri doktoru Kamran Mahmudov mayın 19-da BDU-nun tələbələri üçün “Microsoft Teams” platforması üzərindən “Yeni tip rabitələr” mövzusunda onlayn mühazirə keçəcək.
Virtual mühazirədə iştirak etmək istəyənlər mayın 18-də saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər