"İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçiriləcək

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat və Hüquq fakültələrinin birgə təşkilatçılığı ilə iyunun 17-də Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçiriləcək.
Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaq.
Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 16-sı saat 17:00-dək [email protected] ünvanına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər