UNEC-in “Evdə qal, kitabla qal” sosial layihəsi davam edir

UNEC-in “Evdə qal, kitabla qal” sosial layihəsi davam edir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibətilə təşkil olunan “Evdə qal, kitabla qal” sosial layihəsi uğurla davam edir.
Layihənin budəfəki iştirakçıları Biznes və menecment fakültəsinin tələbələri olub. Onlar oxuduqları dərslikləri və bədii ədəbiyyatları tələbə yoldaşlarına hədiyyə ediblər. Layihə çərçivəsində 30-dan çox kitab UNEC-in Bakıda və bölgələrdə yaşayan tələbələrinə hədiyyə edilib.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunan sosial layihənin məqsədi tələbələrin kitablara marağını daha da artırmaq, eləcə də mövcud durumdan səmərəli istifadə olunmasına şərait yaratmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər