UNEC-də onlayn şahmat turniri keçirilib

UNEC-də onlayn şahmat turniri keçirilib Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən chess.com saytında şahmat turniri keçirilib.
Turnirdə yarışmaq üçün 80-dən çox tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən tələbələrdən ibarət “UNEChess” “whatsApp” qrupu və “chess.com” da şahmat klubu yaradılıb.
Maraqlı və gərgin keçən “UNEC THİK - online şahmat turniri”nin ilk yarışı başa çatıb. Birinci yerə İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Fərid Abdullayev, ikinci yerə Biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Hüseyn Hacıyev, üçüncü yerə Biznes və menecment fakültəsinin birinci kurs tələbəsi Vaqif Məmmədli layiq görülüblər.
Qaliblərə pul mükafatları və hədiyyələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər