Putin gəliri çox olanlar üçün vergini artırmağı təklif etdi

Putin gəliri çox olanlar üçün vergini artırmağı təklif etdi Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən etibarən fərdi gəlir vergisinin dərəcəsini ildə 5 milyon rubldan çox gəliri olan şəxslər üçün 13%-dən 15%-dək artırmağı təklif edib.
Onun sözlərinə görə, bu faiz dərəcəsi ildə 5 milyondan çox gəliri olan şəxslərə şamil ediləcək. Bu artımdan illik əlavə gəlir 60 milyard rubl təşkil edəcək.
Putin həmin vəsaitin yetim xəstəlikləri olan uşaqların müalicəsinə sərf ediləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər