Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan‒Avstriya Turizm Proqramı” (AATP) üzrə “AATP BA Cohort 2017” qrupunun bakalavr buraxılış imtahanı keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən onlayn imtahan ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında imzalanmış “Turizm və qonaqpərvərlik üzrə təhsil sahəsində əməkdaşlıq müqaviləsi”nə əsasən təşkil olunub.
On doqquz tələbə imtahanı uğurla verib və AATP məzunu adını qazanıb. Həmçinin tələbələrdən beşi fərqlənmə ilə IMC Krems diplomunu qazanıb. Bu tələbələr ikili diplom müqaviləsinə əsasən ATMU-nun və IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alacaqlar.
Xatırladaq ki, “Azərbaycan-Avstriya Turizm Proqramı” (AATP) 13 ildir davamlı şəkildə fəaliyyət göstərir. Bu günədək AATP üzrə 235 nəfər AATP məzunu olub (222 bakalavr,13 magistr).
Tehsil-press.az