Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017/2018-ci tədris ilində xarici ali təhsil ocaqlarında bir semestr təhsil alıb qayıdan tələbələrlə görüş keçirilib.
Görüşdə bu ali təhsil ocağının rektoru İlham Mədətov həmin tələbələrin əmək bazarında universitet məzunu kimi layiqli yer tuta biləcəklərinə ümidvar olduğunu deyib. O, yeni tədris ilində də ATMU-nun bir neçə tələbəsinin beynəlxalq layihələr və əməkdaşlıq proqramı çərçivəsində xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alacaqlarının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Məlumat verilib ki, bu tədris ilində beynəlxalq layihələr və əməkdaşlıq proqramı üzrə universitetin yeddi tələbəsi xarici ali təhsil ocağında bir semestr təhsil alıb. Onlardan 2-si “Mövlanə Mübadilə” proqramı çərçivəsində Türkiyənin Sakarya Universitetində, 1-i “Erasmus+” proqramı çərçivəsində Eskişehir Anadolu Universitetində, 2-si Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində, 2-si isə “Azərbaycan-Avstriya” təhsil proqramı üzrə Avstriyanın Krems Tətbiqi Elmlər Universitetində təhsil müddətini uğurla başa vurub.
Tehsil-press.az