Azərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olub

Azərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) növbəti məzun buraxılışı mərasimi olub.
Tədbirdə ATMU-nun rektoru İlham Mədətov universitetin 12 ixtisas üzrə bakalavr, magistr, doktorantura və əlavə bakalavr təhsili üzrə kadr hazırlığı həyata keçirdiyini söyləyib. Vurğulayıb ki, bu il ATMU-nun 348 məzunundan 80-i magistr, 268-i isə bakalavr pilləsini bitirib. ATMU-nun builki məzunlarından 14 nəfərinin, eyni zamanda, Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin də diplomuna sahib olduqlarını qeyd edən rektor ümumilikdə məzunların 210 nəfərinin iki diplom aldığını bildirib.
İ.Mədətov deyib ki, ölkəmizdə ilk dəfə ATMU-da nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr bu il təkcə Azərbaycanda deyil, Türkiyə, İsrail, Çin, Kipr, Bolqarıstanda da turizm müəssisələrində təcrübə keçirlər. 2018-2019-cu tədris ilində ATMU-dan istehsalat təcrübəsinə göndərilən 379 tələbədən 219-u təcrübə semestrini uğurla başa vurub. 160 nəfər isə turizm sənayesinin müvafiq strukturlarında peşə vərdişlərinə yiyələnməkdədir. Növbəti ildən tələbələrin İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İsveçrə, Macarıstan və başqa ölkələrdə analoji təcrübə proqramlarına qatılmaları üçün lazımi işlər görülür. Universitet yarandığı gündən indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurub.
Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, ali məktəbin məzunu olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Dövlətimizin turizm sahəsinin inkişafına xüsusi önəm verdiyini qeyd edən F.Nağıyev bu sahədə görülən işlərin davam etdirildiyini söyləyib. Bildirib ki, gənclərin bu sahədə rolu artır və işçi qüvvəsinə ehtiyac duyulur.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılmasının və digər tədbirlərin ölkəmizdə bu sahənin inkişafı istiqamətində atılan mühüm addımlardan olduğunu vurğulayıb. Dünyanın qabaqcıl ölkələrinin büdcə gəlirlərində turizmin mühüm yer tutduğunu vurğulayan komitə sədri deyib ki, Azərbaycanda bu sektorun inkişafı üçün görülən işlərdən danışıb.
Milli Məclisin deputatları İlham Məmmədov, Aydın Mirzəzadə, Sevinc Hüseynova, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, IMG Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Karl Ensfellner, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqştmidt və başqaları çıxışlarında məzunları təbrik edib, onların ölkəmizdə turizmin inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.
Sonda universiteti fərqlənmə ilə bitirən məzunlara xatirə hədiyyələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.

ATMU-nun Mətbuat Xidməti


Azərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olubAzərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olubAzərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olubAzərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olubAzərbaycan Turizm və Menecment Universitetində məzun buraxılışı olub

Oxşar xəbərlər