İspaniyanın Jirona Universitetinin nümayəndələri Turizm və Menecment Universitetində

İspaniyanın Jirona Universitetinin nümayəndələri Turizm və Menecment Universitetində Avropa İttifaqının Erasmus+ mübadilə proqramı çərçivəsində İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri Maria Lluisa Faxedes və Ania İbanez Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
Qonaqlar ATMU-da mədəni turizm, turizmdə mədəni irsin rolu və yeri mövzularında mühazirə saatları keçiriblər. Müəllim-tələbə mübadiləsi üzrə tərəfdaş universitetdə turizm ixtisasında təhsil almaq şansı qazananlar sırasında ATMU-nun magistrantı Səbinə Əsgərova da var.
Qeyd edək ki, hər iki ali təhsil müəssisəsi, həmçinin Avropa İttifaqının TEMPUS layihələri çərçivəsində faydalı və səmərəli əməkdaşlıq edir.

Tehsil-press.az

Oxşar xəbərlər