Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu il tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə birinci kurs tələbələrini təbrik edən ATMU-nun elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov onlara təhsillərində uğurlar arzulayıb.
ATMU-nun rektoru İlham Mədətov rəhbərlik etdiyi universitetin 12 illik fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını deyib. Diqqətə çatdırılıb ki, indiyədək universitetin bakalavriat pilləsini 2497 tələbə bitirib, onlardan 151-i magistr dərəcəsi alıb. ATMU-nun builki məzunlarından 19-nun Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomunu aldığını qeyd edən rektor ümumilikdə universitet məzunlarından 194-nün iki diploma sahib olduğunu bildirib. Qeyd edilib ki, bu tədris ilində universitet tələbələrindən 3-ü Türkiyədə, 9-u Kiprdə, 47-si İsraildə, 4-ü Çində, 200-dən çoxu isə Azərbaycanda istehsalat təcrübəsini uğurla başa vurub.
İ.Mədətov vurğulayıb ki, yeni tədris ilində ATMU-ya 10 ixtisas üzrə qəbul olunan 441 tələbədən 211-i dövlət sifarişi əsasında, 230-u isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.
Yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik edən Dövlət Turizm Agentliyinin rəsmisi Kənan Qasımov ölkəmizdə turizm sektorunun inkişafından danışıb. O deyib: “Son illər regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxlu sayda yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində önəmli tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir”.
K.Qasımov tələbələrə ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından səmərəli faydalanaraq yaxşı oxumalarını tövsiyə edib. O, həmçinin yeni tədris ilində ATMU-nun tələbəsi adını qazanan 441 nəfərin dörd ildən sonra bakalavriat pilləsini uğurla başa vurmasını arzulayıb.
Tədbirdə Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə təhsil alan Kamran İsmayılov ATMU-da tələbələrə Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomunu almaq üçün yaradılan imkandan danışıb. Diqqətə çatdırılıb ki, ATMU-da tələbələrin xaricdə və ölkəmizin nüfuzlu turizm müəssisələrində təcrübə keçmələri üçün hər cür şərait yaradılıb.
Sonra bu il ATMU-ya ən yüksək balla qəbul olunan Gülçöhrə Abdurahmanlı sevincini tələbələrlə bölüşüb.
Sonda ATMU-ya yüksək balla qəbul olunan 12 gəncə tələbə biletləri təqdim olunub.
ATMU-nun Mətbuat Xidməti