Avstriyanın Azərbaycandakı səfirliyində “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) ənənəvi məzun görüşü keçirilib.
Görüşdə İMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru, xanım Eva Werner belə bir mərasimin tərəfdaş universitetdə ilk dəfə qeyd edildiyini vurğulayıb. E.Werner bu təşəbbüsün universitetlərarası əməkdaşlığın inkişafının göstəricisi olduğunu qeyd edib.
Tədbirdə proqram üzrə 5 ildən çox pedaqoji fəaliyyəti olan müəllim və məzunlara sertifikatlar təqdim olunub.
Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin Elmi Şurasının iclasının qərarına əsasən, ADPU-nun rektoru, professor Cəfər Cəfərov bu ali məktəbin fəxri əməkdaşı adına, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə isə fəxri professoru adına layiq görülüblər.
E.Werner professor C.Cəfərovun AATP proqramının inkişafındakı rolunu yüksək qiymətləndirib və fəxri əməkdaş adının nadir hallarda xarici vətəndaşlara verildiyini deyib. C.Cəfərovun tədris və tədqiqat işlərindəki, rəhbərlikdəki xidmətlərinə görə seçilərək bu ada layiq görüldüyü vurğulanıb. O, həmçinin layihənin ilk günündən verdiyi dəstəyə və birgə xidmətlərinə görə prorektor N.Abbaszadəyə təşəkkür edib.
Qeyd edək ki, 2007-ci ildən Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında “İkili diplom” layihəsi mövcuddur. Belə ki, 162 bakalavrın, 13 magistrın məzun olduğu bu proqramın tələbələri həmin universitetin tədris planına uyğun turizm və rekreasiya menecmenti üzrə bakalavr və magistr səviyyələrində tədris imkanı əldə edərək İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alırlar.
Tehsil-press.az